Məmmədyarov Almaniyaya GETDİ
14.02.2019
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd fevralın 15-dən 17-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdir.
Səfər çərçivəsində xarici işlər nazirinin 55-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı ilə yanaşı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub./axar.az/