İtaliya səfiri “Neftçi”nin prezidenti ilə görüşdü
14.02.2019
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari "Neftçi"nin qonağı olub.
"Dövran Media" klubun saytına istinadən xəbər verir ki, "Neftçi"nin prezidenti Kamran Quliyev səfirlə görüşərək, Azərbaycanda futbolun inkişafı və bu istiqamətdə görüləcək işlər haqqında müzakirələr aparıb.
Azərbaycandakı İtaliya vətəndaşları ilə maraqlanan Auqusto Massari ilə görüşdə "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov, komandanın italiyalı baş məşqçisi Roberto Bordin, onun həmyerliləri - fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzu və futbolçu Canluka Sansone də iştirak ediblər.
Xatirə olaraq, səfirə "Neftçi"nin forması hədiyyə edilib.