Bu ərəb ölkəsi pul yuyan ölkələrin siyahısına salındı
14.02.2019
Səudiyyə Ərəbistanı hökuməti Avropa komissiyasının bu sahədə qanunvericiliyi sərtləşdirməsinə baxmayaraq onu pulların yuyulması üçün kifayət qədər etibarlı mexanizmi olmayan və terrorizmi maliyyələşdirən ölkələrin siyahısına salmasından təəssüfləndiyini bildirib.
Bu barədə Səudiyyə Ərəbistanın maliyyə naziri Məhəmməd əl-Cadaana açıqlama verib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistan üçün pulların yuyulmasına və maliyyə terrorizminə qarşıdurma strateji prioritetdir və krallıq bu məqsədə çatmaq üçün qanunvericilik bazasının inkişaf etdirilməsini və möhkəmləndirilməsini davam etdirəcək.
Nazir həmçinin Avropa komissiyasının və Avropa parlamentinin nümayəndələrini ölkəyə dəvət edib ki, onlar yerində krallığın maliyyə cinayətləri ilə mübarizədə yerli, regional və beynəlxalq səviyyədə hansı tədbirlər görüldüyünü yoxlasınlar.
Məhəmməd əl-Cadaan xüsusi vurğulayıb ki, Səudiyyə Ərəbistanı Avropa komissiyası ilə əməkdaşlığı davam edəcək. O, pulların yuyulmasına və maliyyə terrorizminə qarşıdurmada beynəlxalq və regional səviyyədə tədbirlərin gücləndirilməsini və dəstəklənməsini təmin etmək üçün Avropa ittifaqından olan tərəfdaşlarla konstruktiv dialoqa ümid etdiyini diqqətə çatdırıb.