Türkiyə ordusu terrorçuların başına bomba yağdırır +VİDEO
09.03.2018
"Dövran Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinə aid tank və toplar Afrinin Şimalındakı Bülbül və Dağları ətrafında yerləşmiş YPG mövqelərini bombardman edir. Xatırladaq ki, "Zeytun budağı" hərəkatı Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna aid birliklərlə bərabər artıq 41 gündür ki, Afrində antiterror əməliyyatı aparır. Əməliyyat başlayan gündən Afrinin şərq, qərb və şimalında yerləşən kəndlərdə ordu irəlilədikcə, Kilis Gülababa bölgəsində isə topçular YPG-nin bütün ambarlarını yerlə bir edib. Darmıq dağı və onun cənubşərqində yerləşən Bülbül dağı arxasındakı mövqeləri də yerlə bir edilib. Hazırda türk ordusu Azad Suriya Ordusu ilə birlikdə Şərqə doğru irəliləməkdə davam edirlər. "Dövran Media" həmin atışlardan görüntüləri təqdim edir: