Son 140 ilin ən şiddətli qarı - Moskvadan VİDEO
13.02.2019
Rusiyanın paytaxtı Moskvada 140 ilin ən intensiv qarı yağıb.
"Dövran Media" xəbər verir ki, bu gün səhərə qədər yağan qar küçə və prospektlərin bağlanmasına səbəb olub.
Qeyd edilir ki, hər metr üçün 11 litr suya bərabər qar yağıb. Hava şəraiti ilə bağlı çox sayda təyyarə reysi ləğv edilib.