Bu ölkənin adı DƏYİŞDİRİLDİ
13.02.2019
Makedoniyanın adının dəyişdirilməsi bu gün qüvvəyə minib.
"Dövran Media" xəbər verir ki, ölkə konstitusiyasında edilən dəyişikliyə əsasən, Makedoniya Şimali Makedoniya Respublikası adlandırılıb.
Bu qərardan dərhal sonra Yunanıstan sərhədində Makedoniyanın adı yazılan lövhələrin dəyişdirilməsinə başlanılıb. Üç gün ərzində dəyişikliyin yekunlaşdırılması gözlənilir.