Ermənilər ordu göndərməkdən imtina etdi
13.02.2019
Erməni hərbçilər Suriyadakı hərbi fəaliyyətlərdə iştirak etməyəcək.
"Dövran Media" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Suriyada bizim humanitar missiyamız var. Müdafiə nazirinin cavabına gəlincə isə o zaman sualın necə səslənməsi, bu bəyanatın hansı kontekstdə olmasına diqqət etmək lazımdır. Belə planlarımız yoxdur” – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə naziri David Tonoyan Ermənistanın Suriyaya humanitar missiya ilə bərabər hərbi missiya da göndərə biləcəyini deyib.