İdmanla siyasəti bir araya gətirdik
09.03.2018
"Deputalar arasında beynəlxalq futbol turnirinin baş tutması üçün bizə yardımçı olan Milli Məclisə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Sənaye Korporasiyasına və Azərbaycan Futbol Federasiyaları Assosasiyasına təşəkkürümü bildirirəm. Yarışda iştirak edən Türkiyə Böyük Millət Məclisinin, Uklrayna Ali Radasının, Polşa və Latviya seymlərinin deputatlarına da minnətdaram”.
"Dövran Media"nın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Bakıda 5 ölkə deputatları arasında start götürən beynəlxalq futbol turniri ilə bağlı toplantıda deyib.
Komitə sədri bildirib ki, bu yarış prezident İlham Əliyevin 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına uyğun təçkil olunub:
"100 il bundan öncə Azərbaycan tarixində çox mühüm hadisə baş verib. Azərbaycanda müstəqil Cumhuriyyət elan edilib. Azərbaycan parlamentinin həmin proseslərdə xüsusi rolu olub.
Bizim Bakıda təşkil etdiyimiz beynəlxalq yarışda 80 millət vəkili iştirak edir. Mənə elə gəlir ki, bu, parlamentlərarası tədbirlərdə ilk və ən böyük nümayəndə heyətlərinin iştirakıdır. Azərbaycan idman ölkəsinə çevrilib Azərbaycanda son illər ərzində Avropa Oyunları, Formula 1, İslam Oyunları və digər müxtəlif beynəlxalq və yerli yarışlar təşkil olunub.
Turnirin məqsədi həm ölkəmizin idman siyasətinə, həm parlamentin 100 illiyə töhfə vermək, həm də bizim dostlarımızı Azərbaycana dəvət edib dövlətimizin uğurları, çətinlikləri, xüsusilə də torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün problemləri ilə əyani tanış etməkdir. Buna görə belə mötəbər tədbirə ev sahibliyi etməyə qərar verdik.
Xarici ölkələrdən gəlmiş deputatların bu səfəri ölkələrimiz arasında dostluq və qardaşlığı daha da gücləndirəcək, digər sahələrimzdə də irəlilləyişə təkan verəcək”.
Fuad Muradov deyib ki, Azərbaycan parlamentı qısa bir tarixdə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib.
"Lakin bu turnir idmanla siyasəti özündə əks etdirən ilk tədbirdir. Yarış həm ölkəmizin, həm də parlamentimizin tarixində idmanla siyasəi birləşdirən ilk beynəlxalq miqyaslı tədbir olacaq.
Əsas məqsəd də ölkəmizin idman siyasətinə, parlament diplomatiyasına tövfə vermək və ölkəmizi tanıtmaqdır.
Azərbaycan parlamentində 2015-ci ildə Gənclər və idman komitəsi yaradılıb. 2016-cı ildə biz Türkiyədə beynəlxalq futbol turnirində iştirak etmişik. Bu gün də Azərbaycan parlamentində həmin işlər davam etdirilir. Biz çalışdıq ki, dost ölkələri Azərbaycana dəvət edək. Düzdür, bizim bir texniki məsələmiz də oldu. Polşa nümayəndə heyəti sənədlərini bir az gec təqdim etdi. Ancaq bizim əsas məqsədimiz dostluq və qardaşlığı möhkəmləndirməkdir. Ona görə heç bir protokol sənədlərinə fikir verməyərək Polşa nümayəndə heyətini də Azərbaycana dəvət etdik. Bizim məqsədimiz Azərbaycanı və vətəndaşlarımı olduğu kimi göstərməkdir, artıq heç nə istəmirik. Sadəcə olaraq ədalətli mövqe istəyirik. İnanırıq ki, Azərbaycanın ədalətli mövqeyi bizim dost ölkələrdə bir daha nümayiş olunacaq. Hər biriniz bunun qısa bir müddətdə şahidi olacaqsınız”.