Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Kəbədə davam edən tikinti işlərini yoxlamaq üçün müqəddəs məkanı ziyarət edib.
"Dövran Media" xəbər verir ki, Salmanın ziyarəti zamanı Kəbədə geniş təhlükəsizlik tədbirləri görülüb. Salmanın mühafizəsi üçün əraziyə 600 əsgər cəlb edilib.
Kəbədə apardığı yoxlamalar çərçivəsində vəliəhdin Kəbənin üzərinə çıxması ictimaiyyətin etirazına səbəb olub. Təvaf ərazisinə böyük bir cangüdən ordusu ilə daxil olan Salman müsəlmanların ibadətinə də maneə törədib