BDU-nun tələbəsi ÖLDÜRÜLDÜ
13.02.2019
Şirvanda qətlə yetirilən Rəşad Fətullayev Bakı Dövlət Universitetində birinci kursda təhsil alıb.
Bu barədə BDU-dan məlumat verilib.
Bildirilib ki, Rəşad Fətullayev universitetin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi olub. O, semestr tətili olduğu üçün rayona gedib.
Hadisənin zarafat üstündə olduğu iddia olunur. Məlumata görə, Rəşad Fətullayev atasının mağazasının qarşısında A.Adıgözəlovla zarafatlaşıb. Daha sonra mübahisə yaranıb. A.Adıgözəlov onu bıçaqlayıb.
Qeyd edək ki, Fevralın 12-də, saat 20:00 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Rəşad Fətullayevi bıçaqlayan şəxs tutulub.