Uçuşlar 24 saatlıq dayandırıldı
13.02.2019
Belçikada davam edən milli tətilə ölkənin Hava Nəqliyyatına Nəzarət İdarəsi də qoşulub.
"Dövran Media" xəbər verir ki, nəticədə ölkədə hava nəqliyyatının hərəkəti 24 saatlıq dayandırılıb.
Belə ki, qurum yerli vaxtla 22:00-da tətilə başlayacaq və növbəti gün eyni saatda normal iş qrafikinə qayıdacaq.
Bu qərarın bir sıra şirkətlərə, idarələrə, o cümlədən sadə vətəndaşlara ciddi təsirinin olacağı güman edilir.