Lavrov: Daxili işlərə qarışma!
13.02.2019
Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub.
"Dövran Media" xəbər verir ki, söhbət zamanı Venesuelanın daxili işlərinə qarışmasından dolayı Lavrov Pompeonu xəbərdarlıq edib.
Bundan əlavə, Lavrov BMT nizamnaməsi çərçivəsində Venesueladakı vəziyyətlə əlaqədar məsləhətləşmələr aparmağa hazır olduğunu bəyan edib.