21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

AKP deputatı: Yerevan yaxşı anlayır ki, Türkiyə güzəştə getməyəcək

09.03.2018

Azərbaycanın işğal olunmuş əraziləri azad edilmədən Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasından söhbət gedə bilməz.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan deputatı Mətin Külünk Ermənistan-Türkiyə protokollarının ləğvini şərh edərkən bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması Türkiyə üçün prioritetdir:
"Ermənistan bu protokolları ləğv etməklə rəsmi Ankaraya siyasi təzyiq göstərmək istəyir. Bununla belə, Yerevan yaxşı anlayır ki, Türkiyə Azərbaycanla bağlı məsələdə heç bir güzəştə getməyəcək. Prinsiplərdən çıxış edərək Ankara Ermənistanın protokolların ləğv edilməsi haqqında qərarının Türkiyə üçün heç bir əhəmiyyət kəsb etmədiyini deyə bilər".
M.Külünk deyib ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyini bəyan etsə də, Avropa və ABŞ-da qondarma "erməni soyqırımı" ilə bağlı fəal təbliğat aparıb:
"Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiya yaratmağa hazır olduğunu dəfələrlə bəyan edib, lakin Ermənistan və erməni lobbisi indiyə qədər bu təklifdən imtina edir. Bunun da səbəbi odur ki, onlar bu yalanla yaşayırlar".
Xatırladaq ki, 2018-ci il martın 1-də Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə imzalanmış Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması haqqında protokolların ləğv olunduğunu elan edib./trend/