ABŞ yeni “raketlər razılaşması” İSTƏYİR
12.02.2019
ABŞ Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasını əvəz edən və orta mənzilli ballistik raketlərə sahib ölkələrin daxil olduğu yeni razılaşmanın imzalanmasına hazırdır.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Key Beyli Hatçison deyib.
"Rusiya Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasının iştirakçısıdır. Bununla bərabər raketlərə sahib olan digər dövlətlər də var ki, bu razılaşmaya zidd davranırlar. Biz nüvə silahsızlanmasına, silahlanmaya nəzarətə tərəfdarıq. Bizim hökumət orta mənzilli raketlərə sahib bütün ölkələrin daxil olduğu silahlanmaya nəzarətlə bağlı yeni razılaşma imkanları axtarır”, – deyə o bildirib.