21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Xocalı soyqırımında əli olan hər kəs cavab verəcək"

12.02.2019

"Xocalı soyqırımı, faciəsi, qətliamı, erməni vandallar tərəfindən törədilmiş, sübuta yetirilmiş göz-görəsi faktdır. Bu səbəbdən dünyanın aparıcı təşkilatları, ölkələri gedib kənarda qara eynəklə saxta "erməni soyqırımını” axtarmaq və ya Fransanın timsalında bu minvalla xüsusi gün təyin etmək əvəzinə ortalıqda olan faktı dəyərləndirsinlər, ona qiymət versinlər. Anlasınlar ki, Xocalıda törədilənlər dəhşətlərin də, vəhşətlərin də ən böyüyüdür və bu faciəni reallaşdıran, əlini körpə uşaqların, ahıl insanların, yüzlərlə günahsızın qanına boyayan Ermənistan dövləti, erməni qəsbkarları enində-sonunda ədalət, hüquq, bəşəriyyət qarşısında cavab verməyə məcbur edilməlidir”.
Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Deputatın sözlərinə görə, dünyanın ikili standartları olmasaydı, məhz bu fakt əsasında çoxdan Beynəlxalq Məhkəmə, Hərbi Tribunal düzənlənməli idi ki, qəsbkar, işğalçı erməni cavabdehlik daşısın: "Amma ikitirəlik buna imkan vermir. Bəzi ölkələr bu faktı görməzdən keçməyə çalışır. Bu səbəbdən də ədalət prinsipi pozulur.
Əgər ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərdən birinin prezidenti saxta "erməni soyqrımı”ndan dəm vurursa, təbii artıq əlavə nəsə danışmağa dəyməz. Demək ki, bütün işlər, bütün təbliğat, bütün atılacaq addımlar yalnız özümüzə qalıb. Beynəlxalq hüququn prinsiplərini əlində, işində, fikrində çeynəyən bəzi dövlətlər, qurumlar həmişə belə davranacaqlar. Həmişə haqqı nahaqqa qurban verməyi özlərinə sığışdıracaqlar. Amma həmin haqq nazilər, üzülməz. Ermənistan dövləti və Xocalı soyqırımında əli olan hər kəs zamanı gələndə cavab verəcək. Azərbaycanda həyata keçirilən real siyasət də onu deməyə əsas verir ki, yolumuz prinsipial yoldur, Qarabağa gedən yoldur. Ölkəmiz gücləndikcə kənarda seyrçi qalan qüvvələr də nəhayət dilə gəlib həqiqəti etiraf, erməni yaramazları ifşa edəcəklər. Həmin tarix uzaqda deyil”.