Afrində sonuncu bölgə: Türk ordusu hazırdır
09.03.2018
Türkiyə Silahlı Qüvvələri və ASO Afrində keçirilən "Zeytun budağı” əməliyyatı nəticəsində indiyə qədər 3149 terrorçunu zərərsizləşdirib.
"Dövran Media"xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından bildirilib.
Hazırda Türkiyə Silahlı Qüvvələri əməliyyat çərçivəsində Suriyanın Afrin bölgəsinin 60 faizini terrorçulardan təmizləyib. Artıq Afrinin 6 bölgəsindən 5-i – Cinderes, Raco, Şeran, Bülbül və Şeyx Hadid terrorçulardan azad edilib.
TSQ sonuncu bölgə olan Mabadlını PKK-dan azad etmək üçün hazırlıqlara başlayıb.