21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycan “Prodexpo 2019” sərgisinin baş ponsorudur - FOTO

11.02.2019

Moskvadakı "Eksposentr” Mərkəzi Sərgi Kompleksində "Prodexpo 2019” sərgisi açılıb.
"Dövran Media" Azərtac-s istinadən xəbər verir ki, XXVI beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün istifadə edilən xammal sərgisinin baş sponsoru bu il də Azərbaycan olub. Sərgidə təqdim edilən "Made in Azerbaijan” milli stendində geniş çeşidli məhsullar nümayiş olunur.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin açılış mərasimində çıxış edərək bildirib ki, buliki sərgidə ölkəmizin 31 şirkəti iştirak edir. Sərgi iştirakçı ölkələr üçün Rusiya bazarına çıxmaq, faydalı müqavilələr bağlamaq, ölkələrimiz arasında əmtəə mübadiləsini artırmaq və xalqlarımızın rifahını yüksəltmək üçün olduqca yaxşı fürsətdir.
Səfir xatırladıb ki, bu günlərdə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycanda səfərdə olub: "Biz Azərbaycanla Rusiya arasında Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirdik. İnşaatçılar bu ilin sonunadək dördzolaqlı körpünün tikintisini başa çatdırmağı planlaşdırırlar. Körpü hazır olduqdan sonra hətta Hindistan, Əfqanıstan kimi uzaq ölkələrdən belə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yükləri 15-16 günə Ruisyaya və burdan da digər ölkələrə daşımaq mümkün olacaq. Beləliklə, çox böyük tranzit imkanları açılır. Biz, dostumuz və qonşumuz olan Rusiya ilə birgə digər ölkələrin ticarət əlaqələrinin genişlənməsinə kömək etməyə şadıq”.
Azərbaycan şirkətlərinin təmsil olunduğu ekspozisiyada təzə kənd təsərrüfatı məhsulları, konservlər, mineral sular, müxtəlif alkoqollu və alkoqolsuz içkilər, çay, fındıq, qoz, quru meyvə, qənnadı məmulatları və sair təklif edilir. "Spirtli içkilər. Şərab. Pivə” salonuna gələnlər Azərbaycanın qədim şərabçılıq ənənələri ilə tanış olmaq imkanı qazanır.
Rusiyanın Ticarət-Sənaye Palatasının himayəsi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə "Eksposentr” tərəfindən təşkil edilən "Prodexpo” postsovet məkanında ərzaq sənayesi məhsullarının ən genişmiqyaslı sərgi layihəsidir. Ümumi sahəsi 100 min kvadratmetrdən çox olan sərgidə dünyanın 65 ölkəsində qida məhsulları və müxtəlif içkilər istehsal edən 2300-dən çox şirkət iştirak edir. 30 tematik salonda yeyinti, emal və içki sənayesi sahələrinin çox geniş spektri təqdim olunur.