Çində mahnılarından dolayı 8 il həbsə məhkum edilmiş Türküstan türkülərinin mahir ifaçısı Abdurəhim Heyit sağdır.
"Dövran Media" xəbər verir ki, müğənni bu barədə ictimaiyyətə təqdim olunmuş video müraciətində deyib.
O, səhhətinin qaydasında olduğunu bildirib.
Qeyd edək ki, bir qədər əvvəl türküstanlı sənətkar Bünyamin Aksungur A.Heyitin həbsxanada qəddarlıqla öldürülməsi haqda məlumat yaymışdı. Onun iki il əvvəl mahnılarına görə həbs edildiyi bildirilir.