Netanyahu Varşavaya gedir
10.02.2019
İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə Varşavaya səfərə yollanacaq.
"Dövran Media" xəbər verir ki, Netanyahu burada Yaxın Şərq probleminə həsr olunmuş görüşdə iştirak edəcək.
Netanyahu səfər çərçivəsində ABŞ Dövlət katibi Mayk Pompeo və vitse-prezident Mayk Penslə görüşəcək. Onun sözlərinə görə, zirvənin əsas gündəmini İran və onun Suriyada qüvvətlənməsinin qarşısının alınması təşkil edəcək.