Selfi üçün xüsusi yerlər yaradılacaq
10.02.2019
İrlandiyada turistlərin ən çox ziyarət etdikləri ərazilərdə selfi çəkmək üçün xüsusi yerlər ayrılacaq.
"Dövran Media" xəbər verir ki, bu barədə "İnsayder” nəşri yazıb.
Sosial şəbəkələrin getdikcə populyarlaşdığı bir dövrdə bir çox insanlar həyatlarını təhlükə altında qoyaraq maraqlı fotolar çəkməyə çalışır. Təkcə 2014-2016-cı illərdə dünyanın müxtəlif ölkələrində selfi çəkmək istəyərkən 127 nəfər həlak olub.
İrlandiyalı siyasətçi Cim Deyli bütün ölkə ərazisində bu amili nəzərə alaraq selfi üçün xüsusi yerlər ayrılmasını təklif edib. Siyasətçinin fikrincə bu tip yerlərin yaradılması həm turistlərin təhlükəsizliyinin artmasına həm də ölkəyə yeni turist qruplarının cəlb olunmasına kömək edəcək.