ABŞ təzyiqi gücləndirir - Moskva
09.02.2019
ABŞ hökuməti Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinə güclü təzyiqlər edir.
"Dövran Media" xəbər verir ki, bunu Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Vasili Nebenzya deyib.
"Bu təzyiqlərin obyektiv və subyektiv səbəbləri var. Bizə təzyiqlər digərlərindən daha çoxdur. Xüsusilə BMT-dəki Daimi Nümayəndəliyin diplomatlarına sürücülük vəsiqələrinin, vizaların verilməsi proseduru çətinləşdirilir”, - o bildirib.