21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Son bir ildə nə bahalaşıb?

08.02.2019

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, həmçinin ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz bahalaşıb.
Cari ilin yanvar ayında 2018-ci ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz artıb.
Ötən ilin dekabr ayı ilə müqayisədə, cari ilin yanvar ayında düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun və mal ətinin, suda bişmiş kolbasanın, balıq məhsullarının, süd məhsullarının, kərə və bitki yağlarının, limonun, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun, enerji içkilərinin, spirtli içkilərin qiymətlərində bahalaşma olub.