Əli Xamenei: Amerikalılara inanmaq lazım deyil
08.02.2019
Nüvə proqramı ilə bağlı danışıqlar aparılanda və məmurlarla görüşlər zamanı mən onlara həmişə demişəm ki, amerikalılara, onların sözlərinə, gülüşünə və imzalarına inanmaq lazım deyil.
Bu sözləri İranın Ali dini lideri Əli Xamenei deyib.
"Hazırda avropalıların təklifləri ilə bağlı danışıqlar gedir. Mənim məsləhətim belədir: ABŞ kimi, onlara da güvənmək olmaz. Mən demirəm ki, onlarla münasibətimiz olmamalıdır. Mən onlara qarşı inam barədə danışıram. Onlara güvənmək olmaz. Bunun dəfələrlə şahidi olmuşuq. Fransa öz daxilində baş verənlərə diqqət yetirməlidir. Paris küçələrində etirazçılara hücum edirlər, onları kor edirlər. Bundan sonra utanmadan bizdən insan hüquqlarına riayət etməyimizi tələb edirlər? Bəs siz özünüz insan hüquqlarını gözləyirsiniz? Nə bu gün, nə də keçmişdə, bütün tarix ərzində heç bir vaxt onlar insan hüquqlarını tanımayıblar”, - deyə İranın dini lideri bildirib.