Dağıntılar altından 14 nəfərin cəsədi çıxarılıb
08.02.2019
İstanbulun Kartal rayonunda çökən binanın dağıntıları altından indiyədək 14 nəfərin cəsədi çıxarılıb. Xilas edilən 14 nəfər isə xəstəxanalara yerləşdirilib.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlamasında bildirib. Nazir deyib ki, bu hadisənin təqsirkarları cəzasız qalmayacaq.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, hadisə fevralın 6-da baş verib.