"Mübarizlik ən ali dəyərdir" - Müəllif yazısı
07.02.2019
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.
Vətəni əlindən alınan hər kəs həm ruhən, həm də cismən Mübariz olmalıdır. İstər qız, istər oğlan fərq etmir. Əgər ola bilmirsə, ən azından susmalıdır.. Düşünün, cəmi bircə dəfə sənə verilən həyatı, şirindən şirin canını, gözlləliklərlə dolu dünyanı vətəninə fəda edirsən. Söhbət candan gedir. Bir çoxları nəinki canı, ən xırda malından belə keçə bilmir. Sizcə vətən üçün candan keçmək ən ali və ən adil davranış deyilmi..? Düzdür, barışcıl olmaq da insanı dəyərdir. Əgər sən haqq yolunda əzilmisənsənsə, sənin qarşı tərəfdən barış istəyin haqsızlığı qəbul etmək deməkdir. Necə ki, tarix boyu filosoflar, alimlər mülahizələrinin isbatını canları bahasına tarixə yazdırıblar. Eləcə də sən, mən, biz və hamımız haqqımızı haqsızın üzərinə getməklə isbatlamalıyıq və vətənimizi geri almalıyıq.
ALLAH RƏHMƏT ELƏSİN!
Səbuhi Zaman