“Dondemun” darvazasında yanğın baş verib
09.03.2018
Cənubi Koreyanın ən dəyərli tarixi memarlıq abidələrindən olan paytaxtdakı "Dondemun” darvazasında yanğın qeydə alınıb.
"Yonhap” agentliyi xəbər verir ki, gecə saat 2 radələrində darvazada yanğın olması barədə polisə məlumat daxil olub. Yanğınsöndürənlərin səyi nəticəsində bir neçə dəqiqə ərzində alov söndürülüb. Abidəyə ciddi ziyan dəyməyib, insan tələfatı yoxdur.
Polisin təcili keçirdiyi əməliyyat nəticəsində yanğını törətməkdə şübhəli bilinən 43 yaşlı şəxs yaxalanıb. Onun sərxoş vəziyyətdə olmadığı bildirilir. Hazırda şübhəli şəxs polis tərəfindən dindirilir.
Qeyd edək ki, Seul şəhərinin rəmzi sayılan "Dondemun” ("Böyük şərq darvazası”) Cosun sülaləsinin hakimiyyəti dövründə şəhərin şərq girişi olub. İmperator Teconun əmri ilə 1398-ci ildə inşa olunan darvaza indiki görkəmini 1896-cı ildə aparılan yenidənqurma işləri nəticəsində alıb. Darvaza "Cənubi Koreya Tarixi Memarlıq İrsi”nin bir nömrəli abidəsi hesab olunur.