Nadir Axundov müsabiqədən kənarlaşdırıldı
07.02.2019
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi-2019” layihəsinin icraçısı təyin olunub.
"Dövran Media" xəbər verir ki, bu barərdə Modern.az-a Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mətbuat xidmətinin rəhbəri Xatirə Qasım məlumat verib.
Beləliklə, 7-ci Müğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin tərkibinə ustad sənətkarlar – xalq artisti Əlibaba Məmmədov, xalq artisti Arif Babayev, xalq artisti Səkinə İsmayılova, xalq artisti Mələkxanım Əyyubova, xalq artisti Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.
Bundan başqa, müsabiqə iştirakçılarını yeni tərkibli musiqiçi heyəti müşayiət edəcək. Müsabiqənin Novruz bayramı ərəfəsində başlanması gözlənilir.
Qeyd edək ki, Müğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin tərkibindən Nadir Axundov kənarlaşdırılıb.