Azərbaycanlılar Çavuşoğlunu kövrəltdi - VİDEO
07.02.2019
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-da təhsil alan türk və azərbaycanlı şagirdlərlə görüşüb.
"Dövran Media" xəbər verir ki, görüş Azərbaycanın Vaşinqtondakı iqamətgahında baş tutub.
İqamətgaha gələn Çavuşoğlunu binanın önündə rəsmi şəxslərlə yanaşı, azərbaycanlı şagirdlər qarşılayıb. Onların sözləri və səsləndirdiyi şeir türk naziri kövrəldib.
Uşaqlardan biri Çavuşoğluna "Bu gün Azərbaycan evində ailəmizin bir üzvü kimi sizi qarşıladığımız üçün çox şadıq. Xoş gəlmisiniz” deyib, digər şagird isə Bəxtiyar Vahabzadənin "Azərbaycan, Türkiyə” şeirini səsləndirib. Nazir hər iki şagirdə təşəkkür edib.