“Əpl”də gözlənilməz İSTEFA
07.02.2019
Əpl (Apple) şirkətinin rəhbəri Tim Kukdan daha artıq maaş alması ilə gündəmə gələn şirkətin pərakəndə satış departamentinin direktoru Angela Ahrendts istefa vermək qərarına gəlib.
"Dövran Media" xəbər verir ki, direktorun bu cür qərarına şirkətin satışlarının aşağı düşməsi problemində günahın məhz Ahrendtsdə görülməsi səbəb olub.
Xatırladaq ki, kosmetika nəhəngi "Burberri”də çalışdığı dövrdə rekord transfer təklifi ilə "Əpl” şirkətinə keçən Angela Ahrendts şirkətin rəhbəri Tim Kukdan illik 11 milyon dollar daha çox qazanıb. Departament direktoru 2014-cü ildən çalışdığı "Əpl”dan ümumilikdə 170 milyondan artıq gəlir əldə edib.