Klinton: Tramp bunu Putinə hədiyyə etdi
07.02.2019
ABŞ Prezidenti Donald Trampın Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmadan çıxması Rusiya Prezidenti Vladimir Putinə hədiyyədir.
"Dövran Media" xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton deyib.
"Mən bu situasiyada daha diplomatik yanaşma həyata keçirərdim. ABŞ-ın Rusiya ilə danışıqlar olmadan razılaşmadan çıxması regionda qeyri-müəyyənliyi artırır”, – deyə o bildirib.