Qasırğa ilə əlaqədar dərslər dayandırılıb
06.02.2019
Türkiyənin cənub-qərbindəki Antalya vilayətində qasırğa ilə əlaqədar dərslər dayandırılıb.
Səhər saatlarından başlayaraq ölkənin cənub-qərbində güclü küləklər əsir.
Bildirilir ki, qeyri-sabit hava daha çox Antalyada müşahidə olunur. Qeyd olunur ki, bölgədə küləyin sürəti saatda 200 kilometrə çatır.
Hər hansı bir fəsad və ya itkilər barədə hələlik məlumat verilmir.