Bu TV-lərin hər birinə 600 min ayrıldı
05.02.2019
Azərbaycanda 5 özəl televiziyanın hər birinə 600 min manat ayrılıb.
"Dövran Media" xəbər verir ki, bununla bağlı qərar Milli Televiziya və Radio Şurasının fevralın 5-də keçirilən iclasında qəbul olunub.
Toplantıda Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Prezidentinin yanvarın 17-də imzaladığı sərəncama əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (Lider TV, Xəzər TV, ATV, ARB 24 MMC, Speys TV) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.
İclasda həmçinin Ictimai Televiziyanın Full HD formatında yüksək keyfiyyətli rəqəmsal yayımının tətbiqi ilə əlaqədar olaraq yeni yayım paketinin yaradılması (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalı) barədə qərar qəbul edilib.