Ermənistan saytları Rusiyada bloklanıb
05.02.2019
Ermənistanın bir sıra saytları Rusiyada bloklanıb.
"Dövran Media" bildirir ki, bunu Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi də təsdiqləyib.
"Rusiyada Ermənistanın bir sıra saytlarının bloklanması texniki xarakter daşıyır", - Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan deyib.
Onun sözlərinə görə, məsələ Rusiyanın Ermənistandakı səfirliyinin daimi diqqətindədir və səfirlik Rusiyanın səlahiyyətli orqanları ilə gündəlik ünsiyyətdədir.