İŞİD-ə qarşı hücuma: Faciənin qarşısı alındı
04.02.2019
Azad Suriya Ordusu (ASO) Suriyanın Həma rayonunda məskunlaşan İŞİD-in bazasına əməliyyat təşkil edib.
"Dövran Media" xəbər verir ki, hücum nəticəsində Milli Liberallaşdırma Cəbhəsinin sözçüsü Naci Mustafa bir qrup terrorçunun yaxalandığını bildirib.
Mustafa qeyd edib ki, yaxalanan terrorçular 9-dan artıq minalı hücum təşkil etdiklərini etiraf ediblər. Terrorçular Qaba ovalığına bağlı kəndlərdəki mülki vətəndaşları hədəf almağı planlaşdırıblar. Minaların yeri müəyyənləşdirilib və təsirsiz hala gətirilib.