ABŞ bu ölkə ilə sərhədə 3750 hərbçi TOPLAYIR
04.02.2019
Birləşmiş Ştatlar Meksika ilə sərhədin cənub-qərb hissəsinə daha 3750 hərbçi cəlb etmək niyyətindədir.
"Dövran Media" xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, 3750 hərbçi Gömrük xidməti və ABŞ sərhədinə nəzarət xidmətinin əməkdaşlarına dəstək məqsədilə göndərilib.
Bununla da Gömrük xidməti və ABŞ sərhədinə nəzarət xidmətinin əməkdaşlarına dəstək göstərən hərbçilərin sayı 4350-ə yə çatıb.
Hərbçilər 90 gün müddətinə sərhədə yerləşdirilib.