Ramiz Mehdiyev sərəncam imzaladı
04.02.2019
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.
"Dövran Media" xəbər verir ki, sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.
Qeyd edək ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu il mayın 2-3-də keçiriləcək.