AzTV-nin yeni sədri ilkə imza atdı
04.02.2019
Yanvarın 15-dən "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin vəzifələrini icra edən Rövşən Məmmədov dövlət kanalında həftəlik analitik proqram aparmaqda davam edir.
"Dövran Media" xəbər verir ki, yaxın tarixdə, xüsusilə Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət kanalına rəhbərlik edən şəxsin efirdə veriliş aparması ənənəsi yoxdur.
Ümumiyyətlə, Azərbaycanda özəl televiziya kanalları içərisində də Real TV rəhbəri Mir Şahin Ağayev istisna olmaqla, TV rəhbərləri efirdə analitik proqram və ya veriliş aparmırlar. Xüsusilə dövlət kanallarında sovet dövründə belə bu ənənə geniş yayılmayıb.
Qeyd edək ki, R.Məmmədov (Raqifoğlu) sədr əvəzi təyin olunduqdan sonra cəmiyyətdə rəğbətlə qarşılanan bir neçə kadr islahatı həyata keçirib. Efirə çıxmağa və analitik proqram aparmağa davam etməsi, peşəkar jurnalist fəaliyyətini dayandırmaması da təqdir edilir.