21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fransadan Maduroya ağır zərbə

04.02.2019

Fransa hökuməti Venesuelanın müxalifət lideri Xuan Quaidonu müvəqqəti Venesuela prezidenti olaraq tanıyıb.
Bu barədə ölkə prezidenti Emanuel Makron bəyanatla çıxış edib.
"Venesuela xalqı öz fikrini azad və demokratik şəkildə ifadə etmək hüququna malikdir. Fransa dövləti seçki prosesini işə salacaq Xuan Quaidonu müvəqqəti prezident olaraq tanıyır”, - deyə Makron "Twitter” hesabında yazıb.
Qeyd edək ki, yanvarın 23-də Venesuela parlamentinin müxalifətçi spikeri Quaido özünü müvəqqəti dövlət başçısı elan edib
Xatırladaq ki, Fransadan başqa, Böyük Britaniya, Avstraliya, ABŞ, Kanada, Gürcüstan, Braziliya, Argentina, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay və Peru Xuan Quaidonu legitim müvəqqəti prezident olaraq tanıyıb.