Ərzaq məhsulları bahalaşdı
04.02.2019
Ötən ay Gürcüstanda inflyasiya 1,3% təşkil edib.
Report xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
İllik inflyasiya isə 2,2% olub.
Yanvar ayında ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,2%, tərəvəzlərin qiyməti 15,8%, meyvə və üzümün qiyməti 5,8%,süd, pendir və yumurtanın qiyməti 4,7%, çörək və yulafın qiyməti 1,4%, balığın qiyməti isə 1,4%, bahalaşıb.
Alkoqollu içkilər və tütünün qiymətində 5,8% bahalaşma qeydə alınıb.
İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,2%, alkoqollu içkilər və tütünün qiyməti 10,1%, səhiyyə xərcləri 3,4%, nəqliyyat xərcləri isə 1,7% artıb.