Türkiyə bu ölkəyə 5 milyard verəcək
03.02.2019
Türkiyə İraqa 5 milyard dollar kredit verəcək.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
"Bu kreditdən iş adamlarımız istifadə edəcək. İraqdakı layihələrə investisiya qoymaq və ticarətimiz üçün bu puldan lazım olacaq. Qarşıdakı günlərdə İraqın Bağdad və Ərbil şəhərlərini ziyarət edəcəyəm. Cənab prezidentin seçkilərdən sonra İraqa edəcəyi səfərin də hazırlıqlarını davam etdirəcəyik”, - XİN rəhbəri bildirib.