Maqnit qasırğası gözlənilir
02.02.2019
Rusiyanın Fizika İnstitutunun Günəş rentgen astronomiyası laboratoriyası fevralın 20-də geomaqnit qasırğasının baş verəcəyini açıqlayıb.
Bu barədə "RİA Novosti” laboratoriyaya istinadən məlumat yayıb.
Bundan əvvəl, fevralın 1-də baş verən birinci kateqoriyalı maqnit qasırğası Bakı vaxtı ilə gecə saat 02:00-03:00 radələrində qeydə alınıb, geomaqnit şəraitdə və ya peyk sistemlərinin işində hər hansı nəzərəçarpan dəyişiklik yaratmayıb.
Fevralın 1-də baş verən maqnit qasırğası cari ildə sayca üçüncü olub. Laboratoriyanın məlumatına əsasən, yanvarın 5-də və fevralda baş verən maqnit qasırğası Günəşin eyni koronal dəliyindən qaynaqlanıb. Plazma axını əsasında tədqiqatçılar növbəti maqnit qasırğasının Yerə fevralın 20-də daxil olacağını hesablayıb.
Alimlərin proqnozlarına görə, Günəşin aktivliyində hər hansı əhəmiyyətli dəyişiklik baş verməsə, növbəti maqnit qasırğası fevralın 28-i və ya martın 1-nə təsadüf edəcək.