Rusiyalı mer Kiprdə həbs edildi
02.02.2019
Rusiyanın Tula şəhərinin keçmiş meri Alisa Tolkaçeva Kiprdə hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "Tula xəbərləri” qəzeti məlumat yayıb.
Tolkaçev İnterpol xətti ilə keçirilən əməliyyat nəticəsində Rusiya Konsulluğunda həbs edilib. Belə ki, qadın Rusiya konsulluğunda öz sənədlərini dəyişməyə cəhd edərkən saxlanılıb.
Qeyd edək ki, bundan öncə Tula məhkəməsi keçmiş merin qiyabi həbsi barədə qərar qəbul edib. O, külli miqdarda fırıldaqçılıqda ittiham olunub.