Yeni raketlərin yaradılmasına izn verildi - Putindən QƏRAR
02.02.2019
ABŞ-ın Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxması qərarına qarşı atılan cavab tədbirlərinə rəğmən Rusiya silahlanma yarışına qoşulmamalıdır.
"Dövran Media" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin ABŞ-a qarşı cavab tədbirlərinin 2019-cu ilin mövcud büdcəsi çərçivəsində verilməli olduğunu bildirib.
O, Müdafiə naziri Sergey Şoyquya yerüstü hipersionik raketlərin yaradılması haqqında tapşırıq verib.
Putin "Kalibr” raketlərinin yerüstü versiyasının yaradılmasına da izn verib.