09 04 2025-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Tramp milyonlarını itirir

01.02.2019

ABŞ prezidenti Donald Tramp Ağ Evdə olduğu müddətdə maddi baxımdan böyük ziyan çəkib.
"Dövran Media" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət başçısı "The New York Times"a verdiyi müsahibədə danışıb.
"Mən bu işi (prezident vəzifəsini - red) görməklə böyük pullar itirmişəm. Yaxşı ki, bu pullara ehtiyacım yoxdur. Ancaq həqiqətən, inanılmaz məbləğdə pullar itirmişəm", - deyə Tramp bildirib.
2018-ci ildə "Bloomberg" agentliyi Trampın varidatını hesablayaraq, onun aktivlərinin bir il ərzində 100 milyon dollar azalaraq, ümumi sərvətinin 2,8 milyarda düşdüyünü yazıb.
Bu, ilk növbədə onun sahib olduğu hündürmərtəbəli binalarda, o cümlədən, "Trump Tower" və "Niketown" göydələnlərində icarəyə olan tələbin aşağı düşməsi ilə əlaqələndirilir.
Digər səbəb kimi, onun qolf biznesinin gəlirlərinin azalması göstərilir.
Bundan iki ay əvvəl "Forbes" nəşri Trampın sərvətinin 400 milyon dollar azalaraq 3,1 milyard təşkil etdiyini yazırdı.