Paşinyanın iqamətgahında oğurluq
01.02.2019
Ermənistanın baş naziri Nikol Paşinyanın Yerevandakı iqamətgahında oğurluq faktı qeydə alınıb.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, baş nazirin Yerevandakı Baqramyan prospektində yerləşən iqamətgahına girən oğrular 4 xatirə medalı və digər əşyaları götürərək qaçıblar. Hadisə yerinə gələn istintaq-əməliyyat qrupu cinayətkarların yaxalanması üçün axtarışa başlayıb.
Erməni mətbuatının xəbərlərinə görə, Paşinyan özü bu iqamətgahda yaşamır. Lakin yaxın vaxtlarda onun buraya köçməsi planlaşdırılır.