Elman Rüstəmovdan - AÇIQLAMA
01.02.2019
2018-ci ildə başlıca vəzifə Azərbaycanda makroiqtisadi sabitliyi dayanıqlı hala keçirmək idi. Ölkə bu ili 2,3% orta illik inflyasiya ilə başa vurdu. Bu məsələdə məzənnə dayanıqlığının xüsusi rolu oldu.
"Dövran Media" xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, 2018-ci il üzrə Dövlət Neft Fondundan büdcəyə köçürülməli olan vəsaitin 100 milyonu büdcəyə valyuta şəklində daxil olub. Bu isə dövlətin valyuta ilə olan öhdəliklərinə xidmət edəcək.
"Manatın sabitliyinin qorunması üçün aprel-avqust aylarında panika yaranmamsı üçün tədbirlər gördük. Qonşu dövlətlərdə milli valyutalarda yüksək volatillik bizə də ciddi şəkildə təsir etdi. Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə etməyərək, valyuta satışının həcmini bir qədər yüksəlməklə vəziyyəti tənzimlədik. Ölkənin tədiyyə balansında üç milyard dollarlıq artıq valyuta təklifi ola bilərdi, ancaq bu valyutanın göstərə biləcəyi təsirlər də sterilizasiya nəticəsində aradan qaldırıldı.
Manatın məzənnəsi ilə bağlı son söhbətlər qeyri-ciddidir. Neftin şokundan qorunmaq üçün müvafiq addaımlar atılıb və tədbirlər görülüb. Bu məsələ əhəmiyyətli dərəcədə neytrallaşdırılıb və volatillik məhdudlaşdırılıb”.