İş axtaranların nəzərinə - yeniliklər gözlənilir
01.02.2019
Azərbaycanda kadr bankı yaradılır.
"Dövran Media" oxu.az-a istinadən bildirir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, xüsusən kiçik və orta sahibkarlar üçün kadr bazasının formalaşdırılması məqsədilə işaxtaranlar və vakansiyalar bazası yaradılacaq, həmçinin, bu bazalar daim onlayn olacaq, yenilənəcək.
Bu yolla iş axtaranın vakansiya bankına çıxışı təmin ediləcək və eyni zamanda, sahibkarlar işçi resursları bazasına daxil ola biləcəklər. Nəticədə, əmək bazarında iş təklif edənlə iş axtaran kənar şəxsin iştirakı olmadan seçim edə biləcəklər.
"DOST" Agentliyinin fəaliyyətə başlaması çərçivəsində bu məsələ də yaxın vaxtlarda öz həllini tapacaq.