21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fevralda “Azərişıq” ASC-yə 330 sahibkar müraciət edib

06.03.2018

ASC-nin mətbuat xidmətindən "Devran Media"ya bildirilib ki, prosedurların asanlaşması sahibkarların müraciətlərini intensivləşdirib. 
Fevralın 15-dən etibarən "Azərişıq” ASC "ASAN xidmət” vasitəsilə daha bir yenilik edib və bununla da sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi artıq bölgələrdəki bütün "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində gerçəkləşdirilməyə başlayıb. Elə bu səbəbdəndir ki, ay ərzində sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərin sayında xeyli artım olub. Belə ki, fevral ayı 28 gündən ibarət olmasına baxmayaraq, 330 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edib. Müqayisə üçün bildirilir ki, yanvar ayında 284 sahibkar bu məqsədlə "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərinə müraciət edib. Sahibkarların elektrik şəbəkəsinə qoşulmaq üçün "ASAN xidmət” vasitəsilə "Azərişıq” ASC-yə müraciətlərinin sayının çoxalmasında digər səbəb "vahid pəncərə” sistemi üzrə prosedurların 7 gündən 3-ə və elektrik şəbəkəsinə qoşulma müddətinin 69 gündən 24-ə endirilməsidir.
Fevral ayı ərzində sahibkarlarla yanaşı, əhali abonentlərin də "ASAN xidmət” vasitəsilə "Azərişıq” ASC-yə müraciətlərinin sayında artım olub. Əgər yanvar ayında 3041 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün "ASAN xidmət” vasitəsilə "Azərişıq” ASC-yə müraciət etmişdisə, fevral ayı ərzində 3252 vətəndaş müraciət edib. Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulmaq üçün həyata keçirilən xidmətin bütün bölgələrdəki "ASAN xidmət” mərkəzlərini əhatə etməsi, bu məsələdə də öz müsbət rolunu oynayıb.
Ümumilikdə isə fevral ayı ərzində "Azərişıq” ASC-nin "ASAN xidmət” mərkəzləri vasitəsilə göstərdiyi 10 xidmət üzrə (əhali və qeyri əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart-kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğacın yoxladılması, smart-karta ödəniş edilməsi) 19 min müraciət olunub.