21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya təyyarələri dollar daşıyır

31.01.2019

Yanvar ayında Rusiyanın Boinq-757 yük təyyarəsi Venesuelaya iki reys həyata keçirib.
"Dövran Media" xəbər verir ki, bu məlumatı "Novaya qazeta” yayıb. Məlumata görə, təyyarə Rusiyadan Venesuelaya məxsus dövlət qızılını BƏƏ-yə aparıb, burada nağd dollarla əvəz edildikdən sonra valyuta Karakasa göndərilib. Təyyarə bu reysi yanvarın 18-i və 19-da təşkil edib.
Maraqlı məqam odur ki, burada qızılı BƏƏ-nin Mərkəzi Bankı əldə edib. Dubayda eniş etdikdən sonra Venesuelaya yola düşən təyyarə Mərakeşin Ağadir şəhərində də eniş həyata keçirib. Moskvaya təyyarə yanvarın 23-də geriyə dönüb.
İkinci uçuş isə yanvarın 30-da gerçəkləşdirib. Bu dəfə isə təyyarə Dubaydan sonra daha iki dəfə eniş etməli olub. Enişlərdən biri Mərakeşin Kasablanka şəhəri, digəri isə Kabo-Verde Respublikasının Esparqus şəhərinə edilib.
Qəzetin diqqət etdiyi daha bir məqam Rusiyanın yük təyyarələrinin Karakasa eniş etməsindən sonra Venesuela Prezidenti Nikolas Maduronun ölkənin şəhər əhalisinin rifahının yaxşılaşdırılması üçün 1 milyard dollar ayırdığını elan etməsidir.
Venesuelanın 161,2 tonluq qızıl ehtiyatının 30 tonluq hissəsi Rusiyanın Mərkəzi Bankında saxlanılır. Qızıl ehtiyatının digər hissəsi isə Avropa bankları, özəlliklə də Britaniyada yerləşdirilib.