Şoumen prezident OLA BİLƏR
31.01.2019
Ukraynalılar prezident seçkilərində şoumen Vladimir Zelenskiyə səs verməyə hazır olduqlarını bildiriblər.
"Dövran Media" "İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, "Reytinq” sosialoji qrupunun keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən, respondentlər daha çox Zelenskiyə etimad göstərir.
Prezident seçkilərində iştirak edəcəklərini bildirənlərin 19,0 faizi onu dəstəkləyir.
İkinci yerdə "Batkivşina” partiyasının lideri Yuliya Timoşenko (18,2%) gəlir. Sorğularda üçüncü ən çox səs toplayan namizəd isə hazırkı prezident Pyotr Poroşenko (15,1%) olub.